image-66backend

Almaniya Polşaya Ukraynaya beş MiQ-29 tədarük etməyə icazə verdi

image-reklam_sirab_01

Almaniya Polşaya Ukraynaya beş MiQ-29 tədarük etməyə icazə verdi. Vətəninfo.az xəbər verir ki, bu barədə “BILD” yazır.

Bundan əvvəl Almaniya hökuməti Polşadan Ukrayna Silahlı Qüvvələrinə təyyarələrin tədarükü üçün müraciətin gəldiyini təsdiqləyib. Almaniyanın müdafiə naziri Boris Pistorius əlavə edib ki, bir gün ərzində cavab veriləcək.

Almaniya 1990-cı ildə yenidən birləşmədən sonra Şərqi Almaniyadan 24 MiQ-29 qırıcısı aldı. Həmin vaxt bu təyyarələr dünyanın ən müasir qırıcıları sırasında idi. 2004-cü ildə Berlin Polşaya 22 təyyarə təhvil verib. Qalan iki təyyarədən biri qəza nəticəsində məhv olub, digəri isə muzeydə nümayiş etdirilir.

Hələ mart ayında Polşa MİQ-29 qırıcılarının Ukraynaya təhvil verildiyini elan etmişdi. Bununla belə, hökumətin Almaniyadan aldığı təyyarələr üçün ixrac lisenziyasına ehtiyacı var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki