image-1681468972_image_750x_64384dca3682f-750x470backend

Almaniyadan Paşinyana sərt xəbərdarlıq

image-reklam_sirab_01

Ermənistanın baş naziri Nikol Paşinyanın Almaniyaya səfəri zamanı qərbli həmkarları ona sərt xəbərdarlıq edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzetində dərc edilən məqalədə bildirilir.

Nəşr qeyd edir ki, Paşinyana Rusiya Federasiyasına tətbiq edilən sanksiyalardan yan keçməyə kömək edilməməsi barədə xəbərdarlıq edilib.  Məlumata görə, Paşinyan Ermənistana qayıdandan sonra Mərkəzi Bankın sədrinə, hökumət üzvlərinə Rusiyaya yardımı dayandırmağı tapşırıb.

Bildirilir ki, Rusiya Federasiyası ərazisinə texnoloji vasitələrin daşınmasının qarşısını almaq üçün hava limanında ciddi nəzarət tədbirləri həyata keçirilib.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan martın 2-də Almaniyaya səfər edib. O, Berlində Almaniya kansleri Olaf Şolts və Prezident Frank-Valter Ştaynmayerlə görüşüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki