Almatı Beynəlxalq Hava Limanında yağan qar səbəbindən bir neçə reys təxirə salınıb.
Vətəninfo.az “Kazinform” agentliyinə istinadən xəbər verir ki, yanvarın 8-də hava şəraitinin əlverişsiz olması, o cümlədən qarın yağması və dumanla əlaqədar bir sıra reyslərdə gecikmələr yaranıb.
Yerli hidrometeorologiya idarəsi ölkənin 14 rayonu, eləcə də Astana və Almatı şəhərlərində sərt hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, “Uzbekistan Airways” aviaşirkətinin Moskvadan gələn təyyarəsi də Özbəkistanın cənubundakı Termez şəhərinə eniş edə bilməyib.
Bu barədə “Uzbekistan Airports” şirkəti məlumat yayıb.
Duman səbəbindən təyyarə Səmərqəndə yönləndirilib.
“Uzbekistan Airways” aviaşirkətinin HY-9610 saylı Moskva-Termez reysinin ekipajı təyinat aeroportunda güclü duman səbəbindən Səmərqəndə getmək qərarı verib”, – “Uzbekistan Airports”un nümayəndəsi bildirib.