image-1backend

Amerikalı politoloq: ” İran prezidentinin ölümü Cənubi Qafqazın gələcəyinə kölgə salır”

image-reklam_sirab_01

Tanınmış amerikalı politoloq Pol Qobl Ceymstaun Fondunun saytında “İran prezidentinin ölümü Cənubi Qafqazın gələcəyinə kölgə salır” başlıqlı yazı dərc edib.
Vətəninfo.az xəbər verir ki,  məqalədə Qobl yazıb ki, İran prezidenti İbrahim Rəisinin vəfatı çətin ki, Tehranın xarici siyasi yanaşmasını dərhal kökündən dəyişsin, ancaq bu hadisə artıq İranın daxili siyasətinə təsirsiz ötüşmür və son nəticədə onun ölkə xarici ilə münasibətlərinə təsir göstərə bilər.
“İstənilən dəyişiklik çox güman ki, ilk növbədə Tehranın Rəisinin münasibətləri normallaşdırmağa çalışdığı və İranın fərqli yanaşdığı Ermənistan və Azərbaycanla əlaqələrində görünəcək. Üç ölkənin taleyi bir-biri ilə sıx bağlı olduğundan, İranda prezidentin ölümünün nəticələri Cənubi Qafqazda bir-biri ilə əlaqəsi olmayan çoxsaylı dəyişikliklərə səbəb ola bilər”, – deyə, amerikalı politoloq əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki