image-reklam-veteninfo
image-946feb16-a6d3-4f51-be1e-b649a60654a0backend

ANKARA-MOSKVA GÖRÜŞÜNÜN TƏFƏRRÜATI MƏLUM OLDU – “Türkiyə yeni bir prosesin qapısını açdı”

image-reklam-veteninfo

Xəbər verildiyi kimi, ötən gün Rusiya Prezidenti Vladimir Putin Moskvada Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalınla görüş keçirib.

Türkiyənin “Hürriyyət” nəşrinin yazarı Hande Fıratın qələmə aldığı məqalədə sözügedən görüşün bəzi təfərrüatlarından bəhs edilib.

Həmin məqalənin maraqlı hissələrini təqdim edirik:

“Rusiya-Türkiyə münasibətləri və “Akkuyu” Atom Elektrik Stansiyası

– “Akkuyu” Atom Elektrik Stansiyası aprelin 27-də nüvə obyekti statusu alacaq. Putin bu açılışda videokonfrans vasitəsilə iştirak etməyi planlaşdırır. Daha sonra iki lider və nümayəndə heyətləri videokonfrans vasitəsilə Türkiyə-Rusiya münasibətlərini yenidən müzakirə edəcəklər.

Ukrayna- Rusiya müharibəsinin yekunlaşması

Putin və İbrahim Kalın arasında baş tutan görüşüdəki ən çətin məqam Rusiya-Ukrayna müharibəsinin dayandırılmasıyla bağlı olub. ABŞ Ukraynanı yaz hücumu üçün silahla təchiz etməyə davam edir. Amma bu müharibə bütün dünyaya böyük ziyan vurur.

Putindən mesaj: “Danışıqlardan imtina etməyəcəyik”

Aldığım məlumata görə, Putin görüşdə “Biz əbədi müharibə istəmirik, danışıqlardan imtina etməyəcəyik. Lakin Qərb də bizim şərtlərimizi nəzərə almalıdır”,-deyə bildirib.

Putinin əsas tələbi odur ki, danışıqlar ABŞ və Qərblə, xüsusən də Almaniya ilə aparılsın.

Türkiyənin təklifi

Burada Türkiyənin tərəflərə təklifi Qərblə, xüsusilə Rusiya və ABŞ-la yeni təhlükəsizlik arxitekturasının qurulmasıdır. Çox çətin mövzular var, məsələn, Rusiyanın Ukraynada ilhaq etdiyi torpaqların necə və nə qədər olması, yaxud Ukraynanın NATO-ya üzvlüyü və ya yenidən qurulması kimi…

Türkiyə iki qanad arasında görüşmələrini davam etdirir

Yenə də Türkiyə yeni bir prosesin qapısını açdı. Putinlə aparılan danışıqlar indi Qərblə müzakirə edilir. Dünyanı çətin vəziyyətə salan prosesdə Türkiyənin açdığı qapıdan keçilib- keçilməyəcəyini yaxın günlərdə görəcəyik”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki