image-67backend

Artur Xaçikyan: ”Paşinyan Qərbin təklif etdiyi sülh sazişini imzalamağa hazırdır”

image-reklam_sirab_01

“Münhendə keçirilən Paşinyan-Əliyev-Blinken üçtərəfli görüşündən belə güman etmək olar ki, Ermənistan tərəfi sülh müqaviləsinin Qərb variantını imzalamağa hazırdır”. Vətəninfo.az xəbər verir ki, bunu Stenford Universitetinin politoloqu Artur Xaçikyan deyib.

O bildirib ki, Qərbi çox şey maraqlandırmır. “Qərbi Qarabağın gələcəyi maraqlandırmır.  Onlar Ermənistana heç bir real zəmanət də vermirlər. Yalnız mücərrəd sülhdən danışırlar. Yəni Qərbdə olmayan, hazırda Rusiya Müdafiə Nazirliyi Baş Qərargahında saxlanılan xəritələr əsasında delmitasiya və demarkasiya prosesinin həyata keçirilməsini istəyirlər. Bu da 1991-ci ilin xəritələrini əhatə edir”.

Xaçikyan iddia edir ki, Azərbaycan sülh sazişindən sonra da dayançmayacaq. “Azərbaycan açıq şəkildə deyir ki, Qarabağdan sonra Zəngəzur, Göyçə və Basarkeçəri tələb edəcək. Ən gülməlisi isə odur ki, Azərbaycan bunu açıq şəkildə edir. Ermənistan hakimiyyəti isə inadla susur”.

Erməni politoloq onu da deyir ki, Qərbin verdiyi zəmanətlər də Qarabağda və Ermənistanda yaşayan ermənilərin təhlükəsizliyini təmin etmək gücündə deyil. “Həmin Qərb 1915-ci ildə də təhlükəsizliklər bağlı zəmanət vermişdi. Axırı nə oldu, məlumdur. İndi də eyni zəmanətlə çıxış edirlər, lakin nəticələri onları maraqlandırmır. Biz çox təhlükəli bir dünyada yaşayırıq. Belə təqdimatlara vaxtımız yoxdur. Üstəlik, biz artıq bir dəfə Avropa ölkələrinin susqunluğunu görmüşük”.

Xaçikyan daha bir iddialı fikir də səsləndirib. Onun sözlərinə görə, Qarabağ məsələsinin həllindən sonra Ermənistanı da eyni aqibət gözləyir. “O zaman nə Fransa jandarmları, nə də Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının hesabatları Azərbaycan və Türkiyənin qarşısını kəsə bilməyəcək”.

Stenford Universitetinin doktoru hesab edir ki, türklər Zəngəzurda ermənilərlə üz-üzə gələ bilərlər. “Qərbin bunun qarşısını almaq üçün hansı qüvvələrinin olduğundan xəbərsizik. Əgər komediya filmi çəkilsəydi, jandarmların nə üçün gəldiyini bilərdik. Hazırda sərhəddə dayanan və müşahidə aparan həmin qüvvələr Azərbaycan Bayraqlarından və tanklarından bizi necə qoruyacaqlar?”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki