Avropa Parlamenti (AP) yanvarın 21-də Gürcüstan məsələsini müzakirə edəcək. Gürcüstan və Belarusda “siyasi proseslər və davam edən repressiyalar” Avropa Şurasının gündəliyində olacaq.
Vətəninfo.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin mətbuat xidməti məlumat yayıb .
Müzakirə Tbilisi vaxtı ilə saat 16:00-a planlaşdırılıb.
Qeyd olunur ki, bundan başqa, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı hesabat da təqdim olunacaq.