image-5ea82f8bbe7d0backend

Asteroid Yer kürəsi ilə toqquşa bilər

image-reklam_sirab_01

Amerika Birləşmiş Ştatlarının Aeronavtika və Kosmik Agentliyi – NASA 2046-cı ildə Yer kürəsi ilə toqquşma ehtimalı kiçik də olsa olan asteroidi müşahidə etdiyini bildirib.

NASA-nın Planeti Müdafiə Koordinasiya Ofisinin məlumatına görə, hərəkətləri fevralın əvvəlindən izlənilən, təxminən olimpiya üzgüçülük hovuzu böyüklüyündə olan asteroid 23 il sonra Yerin çox yaxınından keçəcək və potensial təsir ehtimalına malik olacaq.

“2023 DW” adlandırılan qaya parçasının Yerlə toqquşma ehtimalı Avropa Kosmik Agentliyi tərəfindən 625-də 1, NASA-ya görə isə 560-da 1 olaraq hesablanıb.

“2023 DW”nin bundan sonrakı müşahidə və təhlilləri bu ehtimalın dəyişib-dəyişməyəcəyini aydınlaşdıracaq.

NASA məlumatlarına görə, “2023 DW” diametri təxminən 50 metr olaraq hesablanıb. Meteoritin 14 fevral 2046-cı ildə Yerdən 1,8 milyon kilometr məsafədən keçəcəyi təxmin edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image