image-99backend

ATƏT-in fəaliyyətdə olan sədri Cənubi Qafqaza səfər edəcək

image-reklam_sirab_01

ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani aprelin 10-13-də Gürcüstan, Azərbaycan və Ermənistana səfər edəcək.

Vətəninfo.az xəbər verir ki, ATƏT-in mətbuat xidmətindən verilən məlumata görə, Osmaninin rəsmi şəxslər və digər maraqlı tərəflərlə görüşləri nəzərdə tutulub. Həmçinin parlamentarilər və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçiriləcək.

Səfərin məqsədi ATƏT ilə Gürcüstan, Azərbaycan və Ermənistan arasında əməkdaşlığı gücləndirmək, mövcud təhlükəsizlik çağırışlarını aradan qaldırmaq və dialoq yolu ilə Cənubi Qafqaz regionunda sülh və sabitliyi təşviq etməkdir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki