Avropa İttifaqının ətraf mühitin mühafizəsi üzrə komissarı Jessica Roswall Financial Times qəzetinə verdiyi müsahibədə bildirib ki, Aİ su qıtlığı problemini tez bir zamanda həll etməli və borulardan sızmaların aradan qaldırılması üçün işlərin maliyyələşdirilməsinin yeni yollarını tapmalıdır.
Vətəninfo.az xəbər verir ki, Rosvalın sözlərinə görə, Rusiya Ukraynada müharibəyə başladıqdan sonra Aİ su təchizatı böhranını aradan qaldırmaq səylərinin zərərinə enerji təhlükəsizliyinin təmin edilməsinə diqqət yetirib. “Biz su haqqında çox az danışırıq, əvəzində enerji səmərəliliyi və enerji haqqında danışırıq… Bu, əlbəttə ki, çox vacibdir, lakin su da çox vacibdir və Avropada bu kifayət deyil”, – o deyib. .
“Avropada quraqlıqlar yaşandığı üçün bizneslər bundan xəbərdardırlar və biz atom elektrik stansiyalarının işləmədiyini və böyük çaylarda nəqliyyatın işləmədiyini görürük”, – Rosval əlavə edib.
Avropa Ətraf Mühit Agentliyinin oktyabr ayında dərc etdiyi araşdırmaya görə, Avropa İttifaqı ərazisinin beşdə biri və əhalisinin demək olar ki, üçdə biri hər il su çatışmazlığından əziyyət çəkir.