image-reklam-veteninfo
image-1backend

Avropalılar Putinlə danışıqlara başlayıb

image-reklam-veteninfo

Rusiya Prezidenti Vladimir Putin Finlandiya Prezidenti Aleksandr Stubb və Norveç Baş naziri Yonas Qar Störe ilə telefonla danışıb.

Zəngin təşəbbüskarı Aleksandr Stubb və Yonas Qar Störe olub. Finlandiya Prezident Aparatının açıqlamasına görə, onlar Avropa adından deyil, öz ölkələrinin liderləri kimi zəng ediblər.

Stubb söhbəti “səmimi və məzmunlu” adlandırıb. O, Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiya ilə birbaşa dialoqun zəruri olduğunu bildirib.

Norveç Baş naziri öz növbəsində qeyd edib ki, Putinlə söhbətində o və Stubb Ukrayna münaqişəsinin deeskalasiyasının vacibliyini vurğulayıblar.

Kreml Putinin Finlandiya və Norveç liderləri ilə söhbətini təsdiqləyib.

Rusiya liderinin açıqlamalarından əsas məqamlar:

Putin Ukraynadakı münaqişə zonasındakı mövcud vəziyyəti qiymətləndirərək, onun əsas səbəblərini xatırlatdıb. O, uzunmüddətli sülhə yalnız Rusiyanın qanuni maraqlarının tam və qeyd-şərtsiz nəzərə alınması ilə nail olmağın mümkün olduğunu vurğulayıb.
Rusiya Prezidenti diqqəti Aİ və NATO ölkələrinin hərbi əməliyyatların uzanmasına səbəb olan qarşıdurma siyasətinə çəkib. Baltik dənizində və Şimali Avropada təhlükəsizlik və sabitliyin təmin edilməsi məsələləri müzakirə edilib.
Rusiya, Norveç və Finlandiya liderləri Rusiya, ABŞ və Ukrayna arasında Əbu-Dabidə danışıqlar barədə əldə edilən razılaşmanı alqışlayıblar.
Putin, Stubb və Störe birbaşa telefon əlaqəsini davam etdirmək barədə razılığa gəliblər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki