image-bez-nazvaniyabackend

Aydın Hüseynov: Ermənistan bu üçbucaq arasında çox vurnuxurdu

image-reklam_sirab_01

31-oktyabrda Soçidə Azərbaycan-Rusiya və Ermənistan liderlərinin üçlü görüşü, görüşün sonunda açıqlanan birgə bəyanatdan sonra, həm Azərbaycanda eyni zamanda Ermənistanda da siyasilər, siyasi təhlilçilər görüşün ümumi gedişatını,ümumi bəyanatın məğzini müxtəlif prizmalardan şərh etməkdədirlər.

Milli Məclisin üzvü Aydın Hüseynov Vətəninfo.az saytına açıqlamasında  keçirilən görüşlə bağlı  fikirlərini bölüşüb.

Millət vəkili bildirib ki, bu görüşə qədər Ermənistan gah Avropaya, gah Rusiyaya, gah da İrana meyillənərək, bu üçbucaq arasında çox vurnuxurdu: “Ancaq bundna əvvəl keçirilən görüşlərdə olduğu kimi, Soçi görüşündə də Prezident İlham Əliyev bir başa Azərbaycan dövlətinin mövqeyini bəyan etdi. Bu mövqe həm beynəlxalq hüquqa , eyni zamanda da 2020-ci ilin noyabr ayında üç ölkənin imzaladığı sazişə söykənir. Bilindiyimiz kimi cənab Prezident açıq şəkildə bəyan edib ki, Qarabağ məsələsi bitib, belə bir münaqişəyə 2020-ci ildə Azərbaycan özünün hərbi gücü hesabına son qoyub, bu görüş irəliyə doğru atılmalı olan məsələləri ehtiva edir”.

Aydın Hüseynov onu da qeyd edib ki, Ermənistanın baş naziri Soçi görüşündə yenidən Qarabağ kartını işə salmaq kimi boş-boş fikirlərlə düşsə də, bu elə Nikol Paşinyan üçün boş-boş fikir olaraq da qaldı.

Millət vəkili qeyd edib ki, Soçi görüşü Azərbaycanın növbəti ən böyük uğuru və qələbəsidir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki