image-1backend

AZAL dünyanın ən yaxşıları arasında

image-reklam_sirab_01

2024-cü il üçün dünyanın ən yaxşı aviaşirkətlərinin reytinqi açıqlanıb.

Bütün dünyada hava yollarının keyfiyyətinin və sürətinin qiymətləndirilməsinə diqqət yetirən “AirHelp” onlayn xidməti bu sənayenin uğurlu və əksinə, ən pis nümayəndələrinin yeni reytinqini təqdim edib.

109 aviaşirkətin təhlilinə əsaslanan reytinqə 2024-cü ilin yanvar-oktyabr ayları üzrə məlumatlar daxildir.

Ən yaxşı və ən pislər
Beləliklə, 2024-cü ildə reytinqin zirvəsini 10 mümkün baldan 8,12 bal toplayan Belçikanın Brussels Airlines aviaşirkəti tutub. Ondan sonra Qatar Airways (8.11) və United Airlines (8.04) gəlir.

Xal nə qədər yüksək olsa, aviaşirkət xidmət keyfiyyəti, uçuşların dəqiqliyi və sərnişinlərin kompensasiyası baxımından bir o qədər uğurlu olur.

Reytinqin sonuncu pilləsində isə 3,63 balla Tunisin Tunisair aviaşirkəti qərarlaşıb.

AZAL TOP 25-ə daxil olub
Azərbaycanın milli aviadaşıyıcısı “AirHelp” reytinqinə görə təsirli nəticə əldə edib. Aviaşirkət dünya reytinqində 25-ci yeri tutub. 7,09 xal toplayan AZAL dünyanın ən böyük aviadaşıyıcıları ilə rəqabət aparmaq potensialını nümayiş etdirib.

AirHelp-in məlumatına görə, TOP 25 ən yaxşı aviaşirkətlər sırasına American Airlines, LOT Polish Airlines, Etihad Airways, Air Arabia, Qantas və Air France da daxildir. Bu, sənayedə yüksək rəqabətin və öz müştərilərinə yönəlmiş aviaşirkətlərin uğurunun sübutudur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image