image-1backend

AZAL təyyarəsinin qara qutuları ilə bağlı açıqlama

image-reklam_sirab_01

AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin “qara qutularının” dekodlaşması ilə məşğul olan mütəxəssislər oxunmuş məlumatlarla yaxın günlərdə Astanaya gələcək.

Vətəninfo.az xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib.

Ekspertlər dərhal “qara qutunun” məlumatlarının öyrənilməsinə başlayacaq.

Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həlak olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image