image-8888backend

Azərbaycan ambulanslarının Xankəndidə görünməsi separatçıları “narahat” edib

image-reklam_sirab_01

Xəbər verildiyi kimi, dünən Şuşa-Xankəndi yolunda maraqlı hadisə yaşanıb. Vətəninfo.az xəbər verir ki, bölgədəki Rusiya sülhməramlı qüvvələri bir qrup ermənini Gorsdan götürərək, onları Xankəndinə aparmağa çalışıb. Lakin əvvəlcədən razılaşma olmadığından onların Şuşa-Xankəndi yolu üzərində qurulmuş postdan keçmələrinə icazə verilməyib.

Həmin məlumatlara əsasən Azərbaycan tərəfi 27 nəfərdən ibarət karvanı geri qaytarıb. Bunu təkcə razılaşma ilə əlaqəli olmadığı, habelə Xankəndinə gedənlərin böyük əksəriyyətinin Ermənistan vətəndaşları olması ilə də əlaqəsi var. Ona görə də, həmin qafilədə olan 27 ermənidən 23-ü geri göndərilib.

Amma bu zaman 4 erməni sakinin səhhətinin pisləşməsi müşahidə olunub. Ərazidə olan Azərbaycan səhiyyəsinin işçiləri dərhal məsələyə müdaxilə ediblər. Onlar halı pisləşən ermənləri ilkin tibbi yardım göstəriblər. Bunun ardından isə Azərbaycan Səhiyyə Nazirliyinin tabeçiliyində olan ambulanslar həmin xəstələri Xankəndinə çatdırıblar.

Qeyd edək ki, erməni tərəfi baş verən bu hadisədən ciddi narahat olub. Narahatlıqları təkcə, Ermənistan vətəndaşlarının Qarabağa buraxılmaması deyil, həm də Azərbaycana məxsus ambulansların Xankəndiyə qədər gəlməsidir. Separatçılar bunun yolverilməz olduğunu iddia edir və bir daha təkrarlanmaması üçün çalışırlar.

Ekspert Asif Nərimanlı verdiyi açıqlamasında qeyd edir ki, Azərbaycanın təcili tibbi maşınının Xankəndinə daxil olması ermənilərlə təmasların qurulması məsələsi baxımından diqqətçəkən detaldır. Onun sözlərinə görə, Bakı bununla “erməni əhalisinin hüquq və təhlükəsizliyinin təminatı”nı istəyən beynəlxalq ictimaiyyətə humanitar məsələlərə həssas yanaşdığını nümayiş etdirib. “Digər tərəfdən, erməni əhalisi problemləri yaranacağı təqdirdə Azərbaycanın dərhal yardım etdiyini görürlər və bu kimi hadisələr birgəyaşayışın mümkünlüyü haqda rəyin formalaşması imkanlarını yaradır”.

Nərimanlı bildirir ki, Ordunun girmədiyi şəhərə daxil olmağın başqa yolları tapılmalıdır. “Bu baxımdan, Xankəndində Azərbaycan nömrəli maşınların görünməsi əhəmiyyətlidir”.jamaz

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki