image-img-20250107-wa0001backend

Azərbaycan dövləti hər zaman vətəndaşlarının yanındadır

image-reklam_sirab_01

Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır və onların hüquqlarını həmişə müdafiə edir.

Yanvarın 6-da Prezident İlham Əliyevin AZAL-ın qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçilərlə görüşməsi də bunun növbəti təzahürüdür. Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşündə söylədi ki, “qara qutu”ların Braziliyaya göndərilməsi ondan xəbər verir ki, biz obyektivlik tələb edirik.
Bütün təkliflərə və təkidlərə baxmayaraq Dövlətlərarası Aviasiya Komitəsinin “qara qutu”ları açmasına qəti etiraz edilib və Azərbaycanın təkidi ilə bu proses Braziliyada həyata keçirilir. Burada əsas səbəb obyektivliyin sual altına düşə bilməsi, maraqların toqquşması ola bilərdi. Bununla da bu günə qədər hələ də açıq olmayan bütün məsələlər də üzə çıxacaq. Hər zaman ədalətli mövqe sərgiləyən Prezident İlham Əliyevin təkidi ilə “qara qutu”ların təhlilinə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada başlanılıb. Əminik ki, yaxın vaxtlarda biz hadisənin ilkin səbəblərini dəqiqliklə öyrənəcəyik. Ən əsası ilə məlumdur ki, təyyarə yerdən açılan atəş nəticəsində zədələnib və radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınıb. Lakin təyyarənin hansı səbəblərdən Aktau istiqamətinə göndərilməsi barədə məlumat hələ yoxdur. Təbii ki, “qara qutu”lar açılandan sonra bütün bu məlumatlar olacaq.
Azərbaycan dövləti həmişə vətəndaşlarının fəaliyyətini, cəsurluğunu və qəhrəmanlığını layiqincə qiymətləndirib. Dövlətimizin başçısının dekabrın 29-da imzaladığı Sərəncamla sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə, İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyevaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəman” adı verildi. Sağ qalan iki ekipaj üzvü – Zülfiqar Əsədov və Aydan Rəhimli isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olundu. Bütün bunlar bir daha sübut edir ki, həlak olanların hər biri təkcə onun yaxınları, ailə üzvləri üçün deyil, həm də Azərbaycan dövləti üçün əzizdir. Prezident İlham Əliyev təyyarə qəzasında həlak olanların ailə üzvlərinə, eləcə də ekipaj üzvlərinə bu yüksək mükafatları şəxsən təqdim edəndə də bəyan etdi ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaq.
“Amma əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir. Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik”, – Azərbaycan lideri vurğulayıb.

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image