image-bez-nazvaniyabackend

Azərbaycan ərazisində yataqları qanunsuz istismar edən şirkətlər -SİYAHI

image-reklam_sirab_01
Qarabağda 30 illik işğal dövründə Azərbaycanın təbii sərvətləri qanunsuz olaraq talan edilib. Maraqlıdır ki, yeraltı təbii sərvətlərimizi talan edən şirkətlər içərisində guya  özünü demokratiya çarçısı hesab edən ABŞ və İsveçrə şirkətləri də var. Vətəninfo.az xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev 30 il ərzində sərvətlərimizi talan edən şırkətlərin siyahısını yayımlayıb.
Hərbi ekspert sosial şəbəkə hesabından bu haqda yazıb:
“Azərbaycan ərazilərinin işğal dövründə “Söyüdlü”, “Vejnəli”, “Dəmirli” və “Qızılbulaq” yataqlarının qanunsuz istismarı ilə məşğul olan xarici şirkətlər:
“Kanadanın “Sterlite Gold” LTD və “First Dynesty Mines”;
İsveçrənin “Base Metals”, “Vallex Group”;
Rusiyanın “Geopro Mayninq Gold Company”;
İsveç və Lixtenşteynli sahibkarların ortaq olduğu Ermənistanın “Armenian Copper Programme”;
ABŞ-ın “Global Gold”;
Hindistanın “Vedanta Resourcess”.”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki