image-45backend

Azərbaycan-Ermənistan yaxınlaşmasının təməl daşı iqtisadiyyat olmalıdır- Rusiyanın Bakıdakı səfiri

image-reklam_sirab_01

“Azərbaycan-Ermənistan nizamlanmasına gəlincə, üç əsas istiqaməti ayırmaq olar.” -Vətəninfo.az xəbər verir ki,  bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov haqqin.az saytına müsahibəsində deyib.

“Onlardan biri iqtisadi və nəqliyyat əlaqələrinin bərpasıdır. Digər ikisi isə sərhədlərin delimitasiyası və sülh sazişinin bağlanmasıdır. Hesab edirəm ki, danışıqlar prosesinin bu üç istiqamətinin bir-biri ilə sıx bağlı olmadığını söyləmək düzgün olmazdı. Amma eyni zamanda istiqamətlərdən birində gecikmə digər danışıqlara mənfi təsir göstərə bilər. İndi, göründüyü kimi, məhz belədir. Amma yenə təkrarlayacağam. Sülh müqaviləsi siyasi məsələdir. Sərhədin demarkasiyası mövzusu müəyyən dərəcədə siyasi sayıla bilər. Yolların və marşrutların bağlanması isə sırf iqtisadi xarakter daşıyır. Hesab edirəm ki, prioritetlər sisteminə yenidən baxılması və iqtisadiyyatın özünü təməl daşı kimi nəzərdən keçirmək ümumilikdə proses üçün pis olmaz”, – deyə səfir bildirib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki