image-image_750x_644a4c43ddcd4backend

Azərbaycan və Ermənistanın xarici işlər naziri görüşəcək

image-reklam_sirab_01

Ermənistan, Rusiya və Azərbaycan XİN rəhbərlərinin Rusiya ərazisində üçtərəfli görüşü ilə bağlı artıq razılaşma var, tarix daha sonra açıqlanacaq.

Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə məlumat verib.

Diplomat başqa detalları açıqlamayıb.

Xatırladaq ki, bundan əvvəl, ötən ilin dekabrında ER XİN rəhbəri Ararat Mirzoyan Moskvada planlaşdırılan üçtərəfli görüşdən imtina etmişdi.

Rəsmi İrəvan aydınlaşdırıb ki, bu qərar Laçın dəhlizinin blokadası nəticəsində yaranmış vəziyyətlə bağlıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki