image-img-20250213-wa0129backend

Azərbaycan və Somali arasında ikitərəfli münasibətlərin inkişafına verilən təkan

image-reklam_sirab_01

Son illər böyük dövlətlərin Afrika qitəsinə maraqları artıb. Bir sıra dövlətlər Afrika ölkələri ilə müqavilələr imzalayırlar, ortaq layihələr reallaşdırırlar. Əvvələr Fransa və ABŞ kimi ölkələr Afrika ölkələrinə koloniya kimi baxırdılarsa, indi isə Afrika ölkələri tam müstəqilliyə çalışırlar. İstənilən qitə, istənilən ölkə ilə tərəfdaşlığa ümid edirlər. Azərbaycanın da bir neçə Afrika ölkəsi ilə əlaqələri var.

Bildiyimiz kimi Somali dövləti coğrafi şəraitinə görə sahil dövləti kimi tanınır. Gələcəkdə də Azərbaycanla Somali arasında bir sıra ortaq layihələrin reallaşması mümkündür. Bundan əlavə olaraq Afrika qitəsində xeyli ölkə var və bu ölkələrlə Azərbaycan arasında əlaqələr qurmaqla beynəlxalq aləmdə də dəstək qazanmış oluruq. Bu baxımdan Somali Prezidenti Hasan Şeyx Mahmudun ölkəmizə ilk səfəri ölkələr arasında əlaqələrin möhkəmlənməsi işlərində yeni bir addım oldu.
Fevralın 12-də Azərbaycana rəsmi səfərə gələn Somali Prezidenti Hasan Şeyx Mahmudun rəsmi qarşılanma mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud geniş tərkibdə keçirilən görüşdən sonra mətbuata bəyanatlarla çıxış ediblər.
Öz çıxışında Prezident İlham Əliyev Prezident Hasan Şeyx Mahmudu salamlayaraq, dəvəti qəbul edərək ölkəmizə rəsmi səfər etdiyinidən olduqca məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev bu səfərin tarixi bir səfər olduğunu və eyni zamanda ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixində bir ilk olduğunu qeyd etdi.
Daha sonra Prezident İlham Əliyev “Biz regionlarımızda geosiyasi vəziyyəti, ölkələrimizin üzləşdiyi çağırışları geniş şəkildə müzakirə etdik, ölkələrimizin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstəyimizi, eləcə də terrorçuluğa və ekstremizmə qarşı mübarizədə ortaq mövqeyimizi bir daha vurğuladıq. Əlbəttə, hər bir ölkə üçün siyasi sabitlik inkişafı təmin edən ilkin şərtdir. Mən 1990-cı illərdən və bu əsrin əvvəlindən tutmuş beynəlxalq səviyyədə tanınmış ərazilərimizin erməni işğalından azad edilməsinə qədər Azərbaycanın üzləşdiyi ağır dövr barədə cənab Prezidentə məlumat verdim” deyə qeyd etdi.
Azərbaycana sərmayələrin cəlb edilməsində və müsbət işgüzar mühitin yaradılması sahəsındə təcrübəmizi bölüşdüyünü qeyd edən Prezident İlham Əliyev “Müzakirə etdiyimiz və edəcəyimiz sahələr sırasında, düşünürəm ki, ən vaciblərindən biri təhsil sahəsidir. Bu gün həmin sahədə artıq ilkin nailiyyətlərimiz var. Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. Bu gün imzalanmış sənəd onların sayını artırmaq imkanını yaradacaq. İlkin mərhələdə on tələbə, sonra isə onların sayı daha çox ola bilər. Bir sözlə, onların universitetlərimizdə müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına fayda verəcək.” deyə əlavə etmişdir.
“Mən, həmçinin dövlət xidmətləri sahəsində işbirliyinin əhəmiyyətini vurğulamaq istərdim. Əslində, bu gün imzalanmış razılaşmalardan biri həmin sahəni əhatə edir. Azərbaycanda artıq uğurla işləyən sistem – ASAN dövlət xidmətləri sistemi bir çox beynəlxalq mükafatlara layiq görülüb. Ən mühüm mükafat isə Azərbaycan xalqının verdiyi qiymətdir. Çünki Azərbaycanda ASAN xidmətlərin bəyənilmə reytinqi 100 faizə yaxındır. Bu, həqiqətən göstərir ki, həmin xidmət insanların həyatını daha da asanlaşdırır. Bilirəm ki, Prezidentin proqramında həmin xidmət mərkəzlərindən birinə səfər var və əgər siz qərar qəbul etsəniz, bəyənsəniz, biz sizin ölkədə oxşar sistemi qura bilərik.” deyə Prezident İlham Əliyev çıxışında qeyd etmişdir.

Könül Əfəndiyeva YAP üzvü

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image