image-bb1c5a53e6ea593157fc78cdf3cfa92abackend

Azərbaycanda QALMAQAL – Direktor etiraz edən müəllimi döydü

image-reklam_sirab_01

Şahbuz rayon Daylaqlı kənd orta məktəbində direktor və müəllim arasında insident baş verib.

Bu barədə “Gündəlik Naxçıvan”a təhlükəsizlikləri üçün adlarının çəkilməsini istəməyən məktəb müəllimləri bildiriblər.

Onların sözlərinə görə, məktəbdəki haqsızlıqlara etiraz edən tarix müəllimi Məhərrəm Gülmalıyevlə direktor Yenubar Hüseynov arasında mübahisə başlayıb. Şahid müəllimlər deyiblər ki, haqlı ittihamlar qarşısında əsəblərini cilovlaya bilməyən direktor, hirsini 60 yaşlı müəllimi şillələməklə soyudub:

“Məhərrəm Gülmalıyev savadlı, mədəni, işini bilən bir müəllimdir. O, hər dəfə müəllimlər üçün nəzərdə tutulan test imtahanlarında yüksək bal toplayır. Buna baxmayaraq, direktor bəhanələr quraraq, onu işdən çıxarıb, yerinə başqasını götürmək istəyir. Onu işdən çıxarmaq istəməsinin bir səbəbi də Məhərrəm müəllimin məktəbdə baş verən özbaşınalıqlara səssiz qalmamasıdır. Mübahisə iməciliyə görə baş verdi. Direktor bütün müəllimləri şənbə günü iməciliyə çıxıb, küçə süpürməyə məcbur edirdi. Məhərrəm Gülmalıyev buna irad bildirərək, küçə süpürməyin müəllimə aid iş olmadığını bildirdi. Hadisə gözümüzün qarşısında oldu. Məhərrəm müəllimin haqlı iradlarına dözə bilməyən direktor ona bir neçə şillə vurub, yerə sərdi. Müəllimlər araya girməsəydilər, daha ağır nəticə olacaqdı”.

Döyülmə hadisəsi ilə bağlı Məhərrəm Gülmalıyevin aidiyyəti qurumlara şikayət etdiyi bildirilir.

Məsələyə münasibət öyrənmək üçün məktəb direktoru Yenubar Hüseynovla əlaqə saxlasaq da o, iddialara münasibət bildirmək istəməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki