image-1backend

Azərbaycanın Tehrandakı səfiri İran XİN-ə çağırıldı

image-reklam_sirab_01

Vətəninfo.az ISNA -ya istinadən xəbər verir ki, bu gün Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə İran Xarici İşlər Nazirliyinin Avrasiya məsələləri üzrə baş direktoru və nazirin köməkçisi Müctəba Dəmirçili ilə görüşüb.
Məlumata görə, görüşdə ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivi müzakirə edilib.
Müctəba Dəmirçili Azərbaycanda təhsil alan iranlı tələbələrin əxlaqsızlığına görə qovulmasına diqqət çəkib və “bunu iki xalq arasında münasibətlərə xələl gətirən hal kimi qiymətləndirərək Tehranın etirazını bildirib və bu cür neqativ halların səbəbkarları ilə mübarizə aparılmasını istəyib”.
Qeyd olunub ki, o, iki ölkə arasında münasibətlərdə müsbət irəliləyişlərə toxunaraq, sazişlərin həyata keçirilməsi və iki ölkə arasında münasibətlərin qorunması üçün hər iki tərəfin səylərinin zəruriliyini vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image