image-6115a6e52af1072500071231backend

“Bağırsağı qurddan təmizləməklə autizmi sağaltmaq olarmı?” 

image-reklam_sirab_01

Bağırsağın təmizlənməsi hər kəsə müsbət təsir edir və lazımdır. Ancaq bundan ötrü bahalı müalicəyə gərək yoxdur, buna aç qarına sarımsaq udmaqla da nail olmaq mümkündür.

O ki qaldı autizmə, bu cür uşaqlar tilsimli analardan doğulur. Ana tilsimdən çıxmadan uşağın sağalması və müsbətə doğru dəyişməsi mümkünsüzdür. Belə uşaqların analarını tilsimdən (iblisin təsirindən) çıxarmaq çox vaxt mümkün olmur. Çünki onların beynini lənət olmuş iblis idarə edir (uşaqları kimi). İblis uşağa ana bətnində müsəllət olur, anaya isə hamiləlikdən qabaq (yeni iblis birinci anaya, daha sonra bətndəki uşağa müsəllət olur). Bu səbəbdən həmin analarda heç nəyə, heç kəsə inam hissi olmur (baxmayaraq ki, çoxusu başı bağlı olur).

Qəbuluma 14 yaşında bir autizm sindromlu uşaq gətirmişdilər. Danışmırdı, ünsiyyət qurmurdu, gecələr durub qışqırırdı, tualet ehtiyacını küçədə, camaatın qarşısında edirdi…. Bir neçə seansımdan sonra danışmağa başladı (hətta sonradan valideyni zarafatla deyirdi ki, Doktor, elə elə bu uşaq biraz az danışsın), ünsiyyəti super oldu, küçədə tualet ehtiyacın ödəmədi…. Bütün bunlara ən çoxu on seansa nail olduq.
Həmin autizmli uşağı ona görə sağalda bildim ki, onun doğma anası ölmüşdü. O sağ olsaydı uşağı sağaltmaq mümkünsüz olacaqdı.

Soruşacaqsız ki, niyə, hansı ana uşağının sağalmasını istəməz?
Məsələ burasındadır ki, autizmli uşağı doğan ana tilsimdədir (iblisin nəzarətindədir), bu səbəbdən ananın verdiyi qərarlara lənət olmuş iblis təsir edir. Beyininə təlqin edir ki, “nə şeytan var, nə iblis, nə onların törətdiyi fitnə fəsad var. Heç nəyə inanma və Paşa Yaqubun seanslarına davam etmə, özündə də heç nə yoxdur, cadu falan da geridəqalmışlıqdır….”

Beyninə bu düşuncələr təlqin olunan ana bizdən uzaqlaşır (ən çoxu 1-2 dəfə gəlir) və ömrü boyu özü və övladı iblislə baş- başa qalır. Uşağı balaca olanda psixoloq, loqopedlə gününü keçirir (başını aldadır); böyüyüb güclənəndə (cinsi yetkinlik yaşına çatanda) həmin uşaq psixoloqu loqopedə qatır, loqopedi valideyninə….. Heç kəsə tabe olmur və ayaqlayır. Ondan sonra onu ancaq psixatrın yazdığı ağır dozalı psixotrop dərmanlar nisbətən, müvəqqəti sakitləşdirə bilir. Gərək gündən günə dozanı artırasan ki, ətrafına zərər verməyə.

Mənə bir autizmli uşaq göstərin ki, ona körpə yaşlarında psixoloqun, loqopedin milyonlarla xərc bahasına verdiyi təlimlər yetkinlik yaşına çatdıqdan sonra işinə yarasın. Həkimlik təcrübəmdə mən buna rast gəlməmişəm. Əksinə, yetkinlik yaşına çatdıqdan sonra gətirilən autistləri çox aqressiv görürəm və onlara çox çətinliklə yaxınlaşıram. Hansı ki, uşaqlıqda onlar kifayət qədər psixoloq, loqoped yanında olublar….

Bunları “pasiyent tutmaq” üçün yazmıram. Bilirəm ki, autist uşaqların anaları mənim qəbuluma gəlmək istəmirlər və məni sevmirlər. Bunun səbəblərinin bir qismini yuxarıda izah etdim, bir qismi də odur ki, acı həqiqətləri onlar eşitmək və qəbul etmək istəmirlər. Həm də iblis lənətolmuş ailədə kiminsə əliylə buna mane olur…..
Sizlərin bu sözləri sevmədiyinizi, eşitmək istəmədiyinizi təcrübəmdən bildiyim halda bəs bu cümlələri əziyyətlə niyə yazıram?
Məsələ ondadır ki, ixtisasca psixoterapevt olsam da, mənə Allah tərəfindən elm (Elmi-lədun) verildiyinə görə, haqqı, həqiqəti insanlara deyib çatdırmaq bir nömrəli vəzifəmdir. Çünki, bir gün hamımız haqq dünyaya köçəcəyik. Orada autizmli uşaqlar sorğu-sual olunmasalar da, onların valideynləri və mən sorğu-sual olunacağıq. Onda həmin valideynlər desələr ki, Paşa doktor bizə bu işin düzgünün izah etməmişdi, çıxış yolunu göstərməmişdi, mənim vəziyyətim ağır olar….
Bütün bunları nəzərə alıb doğru bildiyimi (mənə öyrədiləni) sizə çatdırdım və buna görə heç nədən (sizlərin istehzasından, nifrətini qazanmaqdan) çəkinmədim. Deyib borcumdan çıxdım. Haqq dünyada “Demədi” deməyin.

Söz ardı: (ateistlərlə işim yoxdur), tilsimə, caduya inanmayan başı bağlı, namazını ötürməyən valideynlərdən soruşun görün Allaha , Onun Quranına inanırlarmı? İnanırlarsa axı o kitabda Rəbbim cinin, şeytanın, tilsimin, cadunun, bədnəzərin olması barədə çoxli sayda surələr, ayələr göndərib. Olmayan bir şey haqda Allah niyə bu qədər bəhs etsin ki? Yoxsa siz Yaradanın kitabını, orada yazılanları boş bir şey hesab edirsiniz? Belədirsə, sizin inamınız, ibadətiniz doğduğunuz autizmli uşaq kimi yarımçıq deyilmi? Yaxud sizin ağlınızla o xəstə uşağın ağlında hansı fərq oldu?

Paşa Yaqub ,
Həkim, Elmi-lədun bilicisi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image