İnnovasiya və sürət lideri “Bakcell” Təhsilin İnkişafı Fondu (TİF) ilə birgə əməkdaşlığı çərçivəsində tələbələrə DaimOnlinepaketi ilə 5GB internet hədiyyə edir. Belə ki, “TələbəPlus”kartına sahib olan tələbələr bu üstünlükdən faydalana biləcəklər.
Bu əməkdaşlığın əsas məqsədi tələbələrin rəqəmsal imkanlarınıgenişləndirmək, onların akademik və şəxsi inkişafınıdəstəkləmək, eləcə də internetə daha rahat çıxışını təminetməkdir.
Əməkdaşlıq çərçivəsində “TələbəPlus” kart sahibləri üçünxüsusi güzəştlər və əlavə imkanlar nəzərdə tutulur. DaimOnlinepaketi çərçivəsində tələbələrə hər ay 5GB əlavə internet bonusutəqdim ediləcək. Bu bonus onların təhsil prosesində onlaynresurslardan daha rahat və sərbəst şəkildə faydalanmasına imkanyaradacaq.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda “Bakcell” üç milyondan çox müştərini yüksək innovativ, keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.