Yanvarın 25-də saat 23 radələrində Dənizkənarı Milli Parkın ərazisində Qobustan rayon sakini Ü.Nəsirov sərxoş vəziyyətdə dənizə düşüb.
Daxili İşlər Nazirliyindən Veteninfo.az-a verilən məlumata görə, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən o xilas edilərək xəstəxanaya yerləşdirilib.
Hazırda Ü.Nəsirovun vəziyyəti qənaətbəxşdir.