Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) noyabrın 16-dan 22-dək işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə əməliyyatlarının nəticələrini açıqlayıb.
ANAMA-dan verilən məlumata görə, hesabat dövründə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində minatəmizləmə işləri həyata keçirilib.
Əməliyyatlar nəticəsində 46 piyadaəleyhinə mina, 16 tankəleyhinə mina və 468 digər partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib.
Ümumilikdə, bir həftə ərzində 469,8 hektar ərazi mina və digər partlamamış hərbi sursatlardan təmizlənib.


























