image-i-10backend

Bakı Kitab Mərkəzində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş “20 Yanvar – Azadlığın Zirvə Günü” adlı tədbir keçirilib

image-reklam_sirab_01

Tədbirin əvvəlində ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının və Aktau şəhərinin yaxınlığında təyyarə qəzasında həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bildirilib ki, 20 Yanvar faciəsi xalqımızın yaddaşında qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. Azadlığımıza, müstəqilliyimizə gedən yol məhz bu gündən başlayır. İndi fəxrlə deyə bilərik ki, 20 Yanvar şəhidlərinin qanı yerdə qalmadı. Ümummilli Lider Heydər Əliyev öz uzaqgörən siyasəti ilə Azərbaycanı alınmaz qala kimi bütün yad təcavüzlərdən qorudu. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səyi və rəşadətli ordumuzun şücaəti nəticəsində ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan xalqı düşmən üzərində tarixi Zəfər çaldı. Bu Zəfər sevincinə görə Vətən uğrunda canlarından keçən şəhidlərin ruhu qarşısında baş əyirik!

Sonra Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Teatr sənəti”, “Milli rəqs”, “Vokal” dərnəklərinin və “Çiçəyim” uşaq teatrının üzvləri mövzuya aid səhnəciklər, rəqslər nümayiş etdirib, şeirlər və mahnılar ifa ediblər.

Azərbaycanın Milli Qəhrəmanı, təyyarə qəzasında həlak olan kapitan, pilot İqor Kşnyakinin qızı Darya Kşnyakina “Azərbaycan” mahnısını səsləndirib.

Tədbirdə paytaxtımızın müxtəlif orta məktəblərinin şagirdləri iştirak ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image