image-1backend

“Bakı Metropoliteni” QSC-də yeni departament yaradıldı, bloqerə vəzifə verildi

image-reklam_sirab_01

“Bakı Metropoliteni” QSC-də struktur dəyişikliyi baş verib. Qurumda Kommunikasiya departamenti yaradılıb. Bloqer Şaban İmkani “Bakı Metropoliteni” QSC-də Kommunikasiya departamentinin müdiri vəzifəsinə təyin olunub.
Xatırladaq ki, “Bakı Metropoliteni” QSC Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinə Bəxtiyar Məmmədov rəhbərlik edir.
Vətəninfo.az-a daxil olan məlumata görə Şaban İmkani “Bakı Metropoliteni” QSC-nin yeni sədri Vüsal Aslanovla ADY-də birgə çalışıb, əvvəllər ADY-nin Çağrı Nərkəzinin rəisi olub. Çox bacarıqlı kadr olduğu bildirilir. Bir müddət əvvəl ordan ayrılıb, fəaliyyətini özəl sektorda davam etdirib.
Sözügedən departamentə ADY-dən işdən çıxarılan Aybəniz İsmayılovanın təyinatı gözlənirdi, 6 yanvar 2025-ci ildən ADY-dən uzaqlaşdırılan A.İsmayılova “Bakı Metropoliteni” QSC-də görünməyə başlamışdı. Şaban İmkaninin təyinatı xəbəri gəzən söhbərlərə son qoydu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image