Bakının Yasamal rayonunda azyaşlıya işgəncə verən dayə barədə polisə şikayət daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Veteninfo.az-a verilən məlumata görə, azyaşlının valideynindən müvafiq polis orqanına şikayət daxil olub. Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.