image-1backend

Bakıda restoranda saxta araq satırmışlar

image-reklam_sirab_01

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən “Beer Loft” ictimai iaşə obyektində plandankənar yoxlama keçirib.

Vətəninfo.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Yoxlama zamanı iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan və idxal sağlamlıq aktı olmayan 55 ədəd müxtəlif markalı araq məhsulunun satışının həyata keçirildiyi müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Normativ hüquqi aktların tələblərinə uyğun olmayan saxta spirtli içki məhsullarının satışının qarşısı alınıb və dövriyyədən çıxarılaraq məhv edilib.

image-2


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image