“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Təyyarədə olan sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həyatını itirib.
Prezident İlham Əliyevin sərəncamı ilə dekabrın 26-da Azərbaycan ərazisində matəm elan edilib. Matəmlə əlaqədar bayraqlar endirilib.
Bəs Bakıdakı şadlıq saraylarında vəziyyət necədir? Bu günə olan məclislərlə bağlı hansı tədbir görülüb?
Vətəninfo.az xəbər verir ki, Modern.az mövzu ilə bağlı Bakıdakı şadlıq sarayları ilə əlaqə saxlayıb.
Məşhur restoranların bəzisindən bildirilib ki, şadlıq saraylarında əvvəlcədən planlaşdırılan toy və digər mərasimlər ləğv edilib.
Şadlıq saraylarının bəzisində bu gün əvvəlcədən toy planlaşdırılmayıb, əksəriyyətində isə toylar dayandırılıb.