image-azebackend

Bakıdan İrana daha bir sərt cavab

image-reklam_sirab_01

Dövlət Sərhəd Xidmətinin ardınca Xarici İşlər Nazirliyi də İran rəsmilərinin son günlər bir-birinin ardınca Azərbaycanın ünvanına irəli sürdükləri böhtan və yalanlara cavab verib. XİN-in rəsmi nümayəndəsi Leyla Abdullayevanın yaydığı bəyanatda İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Livanın “Əl-Manar” telekanalına müsahibəsində Azərbaycanın ötən ilin payızında Qarabağdakı müharibəyə “muzdluları və terrorçuları” cəlb etməsi barədə dediklərinə cavab verilir.

“Əfsuslar olsun ki, İran Xarici İşlər Nazirliyi Azərbaycana qarşı böhtan kampaniyasından əl çəkmir. Bu kimi ittihamları qətiyyətlə rədd edirik. Biz, 44 günlük müharibə dövründə bəyan etmişdik, indi də növbəti dəfə vurğulayırıq ki, Azərbaycan ərazisində heç bir iddia olunan terrorçu olmayıb və yoxdur. Ümumiyyətlə, terrordan əziyyət çəkmiş ölkə kimi Azərbaycan ərazisində heç zaman terrorçulara yer olmayıb”,-XİN nümayəndəsi bildirib.

 

image-aze2

L.Abdullayeva qeyd edib ki, Azərbaycan öz torpaqlarını şəhidlərinin qanı və canı bahasına işğaldan azad edib. O vurğulayıb ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 100 000 dən çox Orduya malik olan Azərbaycanın muzdlulara ehtiyacı yoxdur.

“Təəccüblüdür ki, İran tərəfindən müharibə zamanı belə ittihamlar irəli sürülməyib  və müharibədən sonra ölkədə yeni hökumət hakimiyyətə gələnə qədər bu xüsusda heç bir narahatlıq doğuran məsələ olmayıb. Anti-Azərbaycan kampaniyası İrana xeyir gətirməyəcək. Məlumdur ki, bu əsassız ittihamların səbəbləri İran yük maşınlarının Azərbaycan ərazisinə qanunsuz daxil olmasının qarşısının alınmasıdır və Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır. Terrorçuları axtarmaq istəyənlərə məsləhətimiz odur ki, onlar öz ətraflarına yaxşı baxsınlar. Xatırladırıq ki, hələ ötən ilin oktyabr ayında Azərbaycan XİN-i ölkənin o zaman işğal altında olan ərazilərində gedən döyüşlərdə erməni muzdlu döyüşçülərinin iştirakına dair konkret faktlara əsaslanan məlumatı ölkədəki diplomatik korpusa, o cümlədən İran İslam Respublikasının səfirliyinə təqdim edib”, – L.Abdullayeva bildirib.

Veteninfo.az

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki