image-baki-sefirlikbackend

“Baş verən hadisə açıq-aşkar terrordur və terrorçular mütləq cəzalandırmalıdır” – Hacı Surxay Məmmədli

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü hacı Surxay Məmmədli bu gün Cümə xütbəsində Azərbaycanın İrandakı səfirliyinə qanlı hücumla bağlı münasibət bildirib.

image-0f0d00d6-a9d6-4f2f-919a-b5591b605097

O, söyləyib ki, bu gün səhər saatlarında Tehrandakı səfirliyimizdə baş verən terror hadisəsi məni bir azərbaycanlı kimi dərindən sarsıtdı: “Baş verən terror hadisəsində şəhid olan soydaşımıza Uca Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Baş verən hadisə açıq-aşkar bir müsəlman ölkəsinin səfirliyinə qarşı terrordur və mütləq İran dövləti həmin terrorçuları cəzalandırmalıdır”.

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki