image-111backend

Baxmut istiqamətində  ruslar heç nəyə nail ola bilmir –  General

image-reklam_sirab_01

Donetsk vilayətində Ukrayna silahlı qüvvələri Baxmutun ayrı-ayrı bölgələrində ruslara cavab zərbəsi endirib və onları bəzi mövqelərini tərk etməyə məcbur edib. Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sirski bildirib.

“Baxmut istiqamətində intensiv hərbi əməliyyatlar davam edir. Rusiya hərbçiləri bir neçə istiqamətdə Ukrayna mövqelərinin müdafiəsini yarmağa çalışaraq çoxsaylı hücumlar həyata keçirib. Lakin Ukrayna Silahlı Qüvvələrinin dözümlülüyü və cəsarəti sayəsində rusların hərəkətləri uğursuzluğa düçar olub”, – Sirski bildirib.

Onun sözlərinə görə, ruslar Baxmut istiqamətində irəliləmək üçün maksimum səy göstərir və heç nəyi nəzərə almır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki