image-jobidenbackend

Bayden üçün təhlükə: Fövqəladə tədbirlər tükənib, boğaza qədər borc yığılıb

image-reklam_sirab_01

ABŞ hakimiyyəti borc limitinə çatıb.

ABŞ-ın maliyyə naziri Janet Yellen ABŞ hakimiyyətinin iyunun 1-də milli borc limitinə çatması səbəbindən fövqəladə tədbirlərin tükəndiyini bildirib. O, bu barədə Konqres rəhbərliyinə yazdığı məktubda məlumat verib.

Konqres iyun ayına qədər borc limitini qaldırmasa və ya dayandırmasa, hökumət bütün öhdəliklərini yerinə yetirməyə davam edə bilməyəcək. Bu proqnozun hazırda mövcud olan məlumatlara əsaslandığı aydınlaşdırılır. “Federal daxilolmalar və xərclər mahiyyət etibarilə dəyişkən olduğundan, xəzinədarlığın fövqəladə tədbirlərdən qurtaracağı faktiki tarix həftələr sonra ola bilər”, – məktubda deyilir.

Nazir, həmçinin xəbərdarlıq edib ki, limitin “son dəqiqəyə qədər” artırılması qərarını təxirə salmaq olmaz, çünki bu, biznesə və istehlakçı inamına xələl gətirəcək. Bundan əlavə, qısamüddətli kreditlərin dəyəri arta bilər və vəziyyət ABŞ-ın kredit reytinqinə mənfi təsir göstərə bilər.

ABŞ-ın dövlət borcunun yuxarı həddinin cari səviyyəsi yanvarda aşılıb və 31,4 trilyon dollara çatıb. Daha sonra ölkənin Maliyyə Nazirliyi defoltdan qaçmaq üçün fövqəladə tədbirlərin tətbiq edildiyini elan edib. Limitin aşılması büdcə ödənişləri üçün təhlükədir, xüsusən də müxtəlif sosial xərclərin, eləcə də artıq götürülmüş öhdəliklər üzrə borcların və faizlərin ödənilməsində problemlər yaranacaq.

ABŞ prezidenti Co Baydenin administrasiyası Konqresi bunu qaldırmağa çağırır. Nümayəndələr Palatasına nəzarət edən respublikaçılar bu təklifə şübhə ilə yanaşır və xərclərin azaldılmasına və daha məsuliyyətli iqtisadi siyasətlərin aparılmasına çalışırlar.

Aprelin 27-də ABŞ Konqresinin Nümayəndələr Palatası xərclərin kəskin şəkildə azaldılması müqabilində borc tavanının 1,5 trilyon dollar artırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Sənədi respublikaçılar hazırlayıb. Səsvermənin nəticələrinə görə, Konqresin 217 üzvü qanun layihəsini dəstəkləyib, Nümayəndələr Palatasının 215 üzvü isə əleyhinə çıxıb. Sənəd baxılmaq üçün Demokratların nəzarətində olan Senata göndərilib.

Bu arada ABŞ prezidenti Co Baydenin Konqresdə respublikaçılarla milli borc tavanının artırılması mövzusunu müzakirə etmək istəməməsi demokrat həmkarları arasında narahatlıq və təşviş yaradır. Beləliklə, senator Co Mançin bildirib ki, Baydenin danışıqlardan imtina etməsi ölkəni “tarixi defolta” aparacaq.

Hələ mart ayında Makkarti Ağ Evin təqdim etdiyi 2024-cü maliyyə ili üçün ölkənin büdcə layihəsini qeyri-ciddi adlandırmışdı. O qeyd edib ki, yüksək borc inflyasiya gətirir.

Qeyd edək ki, aprelin 12-də Beynəlxalq Valyuta Fondu (BVF) ABŞ-ın dövlət borcunun həcminin artması ilə bağlı hesabat təqdim edib. Hesabatda göstərilib ki, dövlət borcu 2023-cü il ərzində ölkənin ÜDM-ni 22,2 faiz üstələyəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki