Rusiyanın Belqorod şəhərində pilotsuz uçuş aparatı vurulub.Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Yanğın baş verdiyi deyilir.
Əksər Rusiya mənbələri pilotsuz təyyarəni Ukrayna adlandırır. Hələlik heç bir etibarlı təsdiq və ya təkzib, eləcə də rəsmi açıqlamalar yoxdur.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov öz teleqram kanalında yazıb ki, Belqorodda mülki obyektlərdə iki yanğın hadisəsi qeydə alınıb.


























