ABŞ-nin maliyyə naziri Skot Bessent İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərinin gizləndiyini bildirərək onları “kanalizasiya borularındakı siçovullara” bənzədib.
Vətəninfo.az xəbər verir ki, Bessentin sözlərinə görə, İranın ali rəhbərliyinin təcrid olunması və SEPAH komandirlərinin gizlənməsi ölkə rəhbərliyinin İran xalqının üzləşdiyi çətinliklərdən xəbərsiz qalmasına səbəb olur.
ABŞ rəsmisi əlavə edib ki, ictimaiyyət qarşısında olan hərbçilər, siyasətçilər və SEPAH zabitləri isə mövcud vəziyyəti müşahidə edir və onun ifadəsi ilə desək, “vəziyyətin dağılmasının” şahidi olurlar.


























