image-reklam-veteninfo
image-agca13backend

Beyləqanda gənclər üçün ekoloji maarifləndirmə tədbiri keçirilib

image-reklam-veteninfo

 

“İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən həyata keçirilən “Yaşıl gənclik: Region gəncləri arasında ekoloji maarifçilik” layihəsi çərçivəsində Beyləqan rayonunda növbəti maarifləndirici tədbir təşkil olunub.

01 fevral 2025-ci il tarixində Beyləqan rayonunun 7 nömrəli tam orta məktəbində keçirilən tədbirdə müəllimlər və gənclər iştirak ediblər.

Tədbirin əsas məqsədi iştirakçıların ətraf mühitin qorunması, ekoloji problemlərin qarşısının alınması və davamlı inkişafla bağlı biliklərini artırmaq, həmçinin gənclərin ekoloji təşəbbüslərdə iştirakını təşviq etmək olub.

Təlimlər 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri — Ətraf Mühitdən İstifadənin Tənzimlənməsi və Ekoloji Maarifləndirmə Sektorunun müdiri İsrafil Paşayev və Ətraf Mühitin Mühafizəsinə Nəzarət Sektorunun baş məsləhətçisi Arzuman Əkbərov tərəfindən keçirilib.

Təlim zamanı “Ekoloji maarifçilik və ətraf mühitin qorunması” və “Davamlı inkişaf və onun əsas prinsipləri” mövzuları ətrafında geniş fikir mübadiləsi aparılıb. İştirakçılara gündəlik həyatda ekoloji məsuliyyətin artırılması, təbii resurslardan səmərəli istifadə və ətraf mühitin mühafizəsində fərdi və ictimai təşəbbüslərin əhəmiyyəti barədə məlumat verilib.

Görüş interaktiv müzakirələrlə davam edib. İştirakçılar ekoloji problemlərlə bağlı fikirlərini bölüşüb, mövcud çağırışların həlli istiqamətində müxtəlif təkliflər irəli sürüblər.

Layihə çərçivəsində keçirilən tədbirlər region gənclərinin ekoloji bilik və bacarıqlarının inkişaf etdirilməsinə, onların sosial və ekoloji təşəbbüslərdə fəal iştirakının dəstəklənməsinə xidmət edir.

“Yaşıl gənclik” layihəsi regionlarda ekoloji maarifləndirmənin genişləndirilməsi və gənclərin davamlı inkişaf məqsədlərinə töhfə verən fəal və məsuliyyətli vətəndaş kimi formalaşmasına dəstək göstərməyi qarşıya məqsəd qoyur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki