image-reklam-veteninfo
image-agca17backend

Beyləqanda “Yaşıl gənclik” layihəsi çərçivəsində ekoloji maarifləndirmə təlimləri keçirilib

image-reklam-veteninfo

Beyləqan rayonunda “Yaşıl gənclik: Region gəncləri arasında ekoloji maarifçilik” layihəsi uğurla həyata keçirilib.

“İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin əsas məqsədi region gəncləri arasında ekoloji şüurun formalaşdırılması, ekoloji maarifləndirmənin gücləndirilməsi və gənclərin davamlı liderlik bacarıqlarının inkişaf etdirilməsidir.

Layihə çərçivəsində Beyləqan rayonunun 3 nömrəli tam orta məktəbində müəllim və gənclərin iştirakı ilə maarifləndirici təlimlər təşkil olunub.

Təlimlər 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri — Ətraf Mühitdən İstifadənin Tənzimlənməsi və Ekoloji Maarifləndirmə Sektorunun müdiri İsrafil Paşayev və Ətraf Mühitin Mühafizəsinə Nəzarət Sektorunun baş məsləhətçisi Arzuman Əkbərov tərəfindən keçirilib.

Təlimlər zamanı iştirakçılara “Ekoloji maarifçilik və ətraf mühitin qorunması”, eləcə də “Davamlı inkişaf və onun əsas prinsipləri” mövzularında ətraflı məlumat verilib. Eyni zamanda, ətraf mühitin mühafizəsi, ekoloji problemlərin qarşısının alınması və davamlı inkişaf istiqamətində gənclərin rolu barədə fikir mübadiləsi aparılıb.

İştirakçılar ekoloji problemlərin həllinə dair innovativ yanaşmaları müzakirə edib, öz fikir və təcrübələrini bölüşüblər.

Layihənin əsas hədəflərindən biri gənc nəslin ətraf mühit məsələlərinə həssas münasibətinin formalaşdırılması və onların ekoloji təşəbbüslərdə fəal iştirakının təşviq edilməsidir.

“Yaşıl gənclik” layihəsi regionlarda ekoloji maarifləndirmənin gücləndirilməsi, gənclərin ekoloji biliklərinin artırılması və onların davamlı inkişaf proseslərinə fəal cəlb olunmasına töhfə verməyi hədəfləyir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki