Amerikalı müğənni Beyons “Qremmi” mükafatına 100 dəfə namizəd göstərilən ilk sənətçi kimi tarixə düşüb.
Vətəninfo.az xəbər verir ki, 7 fevral 2027-ci ildə keçiriləcək 69-cu “Qremmi” mükafatlarının namizədləri açıqlanıb. Beyons “Morning Dew (Donk)” mahnısı ilə “Ən yaxşı solo R&B ifası” kateqoriyasında mükafata namizəd göstərilib.
Bu nominasiya ilə sənətçinin “Qremmi” üzrə ümumi namizədliklərinin sayı 100-ə çatıb. Beləliklə, Beyons bu göstəriciyə nail olan ilk ifaçı olub.
Sözügedən kateqoriyada digər namizədlər Kehlaninin “Out The Window”, Viktoriya Monenin “Let Me”, Cil Skottun “Pressha” və Temsin “What You Need” mahnılarıdır.
Qeyd edək ki, britaniyalı müğənni Rey də builki namizədlər arasında diqqət çəkib. O, 11 nominasiya qazanaraq bir il ərzində ən çox “Qremmi” namizədliyi əldə edən qadın sənətçi göstəricisinə çatıb.
Xatırladaq ki, Beyons da ötən il 11 nominasiya ilə bu göstəricini təkrarlamışdı.


























