image-1backend

Bir qrup media nümayəndəsi Ağdam Sənaye Parkında həyata keçirilən işlərlə tanış olub

image-reklam_sirab_01

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Ağdam Sənaye Parkına mediatur təşkil edib.

Bu barədə Vətəninfo.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyindən xəbər verilib.

Mediatur zamanı jurnalistlərə bildirilib ki, Ağdam Sənaye Parkı işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi ilə yanaşı, əhalinin məşğulluğunun təminatında da mühüm rola mailikdir.

Dövlət Məşğulluq Agentliyi Ağdam Sənaye Parkında fəaliyyət göstərən müəssisələrlə davamlı əməkdaşlıq edir. Dövlət Məşğulluq Agentliyinin xətti ilə artıq 100-dək şəxs həmin müəssisələrdə işlə təmin olunub. Onların böyük əksəriyyəti ətraf ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

Peşə hazırlığı kurslarının təşkilində də birgə işlər görülür. 55 şəxs üçün Sənaye Parkındakı müəssisələrin istehsalat bazalarında peşə kursları təşkil olunub.

Media nümayəndələri qeyd olunan müəssisələrdə məşğulluğu təmin olunmuş şəxslərlə görüşüb, onların iş şəraiti, habelə təşkil edilən peşə kursları ilə əyani tanış olublar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image