image-bez-nazvaniyabackend

“Biz HƏMAS-ın Livanda fəaliyyət göstərməsinə icazə verməyəcəyik” – Daniel Hacari

image-reklam_sirab_01
İsrailə atılan raketlərdən 9-u sərhədi keçə bilməyib və Fələstin anklavına düşüb, 12-si dənizə doğru atılıb, 14-ü İsrailin açıq ərazilərinə düşüb, cəmi 1 raket cənubdakı Sderot yaşayış məntəqəsinə düşüb. Səkkiz raket də Dəmir Qübbə tərəfindən məhv edilib.
Vətəninfo.az xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun spikeri Daniel Hacari deyib.
“İsrail Hərbi Hava Qüvvələri raket hücumlarına cavab olaraq təxminən 50 ton sursatdan istifadə edərək HƏMAS-ın Qəzzada olan 10-dan çox hərbi hədəfini məhv edib.
Livana gəlincə, bu dövlət öz ərazisində baş verən hər şeyə, hətta HƏMAS-ın Fələstin qrupları tərəfindən atılan raketlərə görə məsuliyyət daşıyır. Biz HƏMAS-ın Livanda fəaliyyət göstərməsinə icazə verməyəcəyik”, – Hacari bildirib.
Onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələri Cənub və Şimal Komandanlığını əlavə piyada və artilleriya qüvvələri ilə gücləndirir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki