image-bez-nazvaniya-2backend

“Blogerlər, tik-tokerlər Azərbaycanda da vergiyə cəlb olunmalıdır” -Yeganə Hacıyeva

image-reklam_sirab_01

“Cəmiyyətin sevinci, kədəri niyə bir dəstə “məişət tiktokeri” və ya digər sosial media blogerlərinin gəlir mənbəyi olmalıdır ?” –Vətəninfo.az xəbər verir ki, bu fikirləri plitoloq Yeganə Hacıyeva səsləndirib.

Politoloq əlavə edib ki, Azərbaycanda da bu sahədə bir qayda, bir nizam yaradılmalıdır ki, bir dəstə adam şəhidin yasını, əlilin , xəstənin göz yaşını , qardaşa yardımı və s. kimi həssas mövzuları istismar edə bilməsın.
“Sosial platforma blogerləri, tik-tokerlər Azərbaycanda da vergiyə cəlb olunmalıdır digər ölkələrdəki kimi.
Sosial platformlardakı hesabların maliyyə dövriyyəsində şəffaflıq və s. təmin olunması vacibdir. Xalq qardaşına köməyə gəlib , 12 saat soyuqda çeşidləmə ilə məşğul olan adamlar var. Gəlib 5 dəqiqə görsənib , sosial mediada deyirlər ki, çağrış etdik , sağ olun sözümü yerə salmadınız , hamınız gəldiniz və s. Bu sahədə də bir qayda, bir nizam vacibdir.” -deyə Yeganə Hacıyeva əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki