image-1backend

Böyük Britaniyanın baş naziri: Zelenski düz edir

image-reklam_sirab_01

Böyük Britaniyanın baş naziri Keir Starmer Ukrayna prezidenti Vladimir Zelenskiyə telefon danışığı zamanı deyib ki, müharibə zamanı seçkilərin təxirə salınması tamamilə ağlabatandır.

Vətəninfo.az xəbər verir ki,  bu barədə Böyük Britaniya baş nazirinin dəftərxanasının yaydığı bəyanatda deyilir.

Açıqlamada qeyd edildiyi kimi, Starmer Zelenski ilə söhbətində birgə işin zəruriliyini vurğulayıb.

“Baş nazir Ukraynanın demokratik yolla seçilmiş lideri kimi prezident Zelenskiyə dəstəyini ifadə edib və bildirib ki, Böyük Britaniya İkinci Dünya Müharibəsi zamanı etdiyi kimi, müharibə zamanı seçkilərin təxirə salınması tamamilə məqsədəuyğundur”.

Ukrayna prezidenti Vladimir Zelenski də sosial şəbəkədə telefon danışığı barədə yazıb. Onun sözlərinə görə, tərəflər gələcək planları və imkanları müzakirə ediblər.

“Avropa müdafiəsi və təhlükəsizliyinin gücləndirilməsində Böyük Britaniyanın rolu bizim üçün vacibdir”. Zelenski sosial şəbəkədə yazıb: “Biz Britaniya xalqının Ukraynaya göstərdiyi dəstəyi heç vaxt unutmayacağıq”.

Xatırladaq ki, Ukrayna prezidenti Kremldə səlahiyyət müddətinin ötən ilin yazında başa çatdığını əsas gətirərək qeyri-legitim sayılır.

Bu yaxınlarda Tramp da Zelenskinin legitimliyinə şübhələrini ifadə edərək, Zelenski danışıqlar masasına oturmaq istəsə, Ukraynada yeni seçkilərin keçirilməsinin vacibliyini qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image