image-22backend

Britaniya səfiri deputata qarşı terror aktını qınadı

image-reklam_sirab_01

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törədilən terror aktı ilə bağlı paylaşım edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə səfir “Twitter” hesabında bildirib.
“Bir neçə ay əvvəl Fazil Mustafayla tanış olmaq imkanım olmuşdu. Dünən axşam ona qarşı baş verən silahlı hücum məni çox kədərləndirdi. Bu hadisəni şiddətli şəkildə qınayır və onun tezliklə sağalmasını arzulayıram”, – paylaşımda deyilir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki