Vətəninfo.az xəbər verir ki, Britaniyanın The Economist jurnalı adı açıqlanmayan Qərb rəsmisinə istinadən xəbər verir ki , Britaniya və Fransa münaqişənin nizamlanmasının bir hissəsi kimi Ukraynanın əsas infrastruktur obyektləri , o cümlədən limanlar və atom elektrik stansiyaları yaxınlığında qoşun yerləşdirmək istəyirlər .
Onun sözlərinə görə , London və Parisin planlarına görə hərbi kontingent ölkənin şərqində cəbhə xəttində deyil , Ukrayna şəhərlərində yerləşdirilməlidir .
ABŞ prezidenti Donald Tramp fevralın 24 – də jurnalistlərlə söhbətində belə bir fikir bildirib ki , guya Rusiya rəhbərliyi münaqişənin həlli ilə bağlı razılıq əldə olunarsa , Avropa sülhməramlılarının Ukraynada mümkün yerləşdirilməsinə razılıq verməyə hazırdır . ABŞ liderinin sözlərinə görə , bunu Rusiya prezidenti Vladimir Putin ona son telefon danışığında deyib .
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Trampın bəyanatlarını şərh etməkdən imtina edərək, Rusiyanın məsələ ilə bağlı mövqeyinin xarici işlər naziri Sergey Lavrov tərəfindən səsləndirildiyini bildirib. Fevralın 18-də Ər-Riyadda ABŞ administrasiyasının nümayəndələri ilə danışıqlardan sonra Rusiyanın xarici işlər naziri qeyd edib ki, NATO qoşunlarının Ukrayna ərazisində görünməsi Moskva üçün qəbuledilməzdir.