“Bu xəyanət Sovet İttifaqının rəhbərliyi tərəfindən Azərbaycana qarşı törədilən qətliam, xəyanət idi. Bu dinc Azərbaycan vətəndaşlarına qarşı törədilən qətliam idi”- bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev Real FM radiosuna açıqlamasında bildirib.
Millət vəkili bildirib ki, 20 Yanvar günü Azərbaycan xalqı qəhrəmanlıq nümayiş etdirdi.
“Həmin dövrdə biz inanmırdıq ki, sovet əsgəri bizə atəş aça bilər. Amma hadisələrin axarı onu göstərdi ki, imperiya öz xislətindən əl çəkməyib.”-deyə Cavanşir Feyziyev bildirib.
Daha ətraflı: