image-reklam-veteninfo
image-resize-5backend

Bu ərazilərdə yaşayanların yolu dəyişəcək: Yeni layihə…

image-reklam-veteninfo

Yeni Suraxanı–Hövsan dəmir yolu xəttində son vəziyyət açıqlanıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.

Bildirilib ki, Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihə üzrə layihələndirmə işlərinin 30 faizi tamamlanıb. Artıq dəmir yolu xətti boyunca stansiyaların yerləri də müəyyənləşdirilib.

Məlumata görə, xətt üzrə ümumilikdə 4 stansiyanın inşası nəzərdə tutulur. Onlardan 3-ü Hövsan ərazisində yerləşəcək.

Hazırda dəmir yolu xətti boyunca təhlükəsizliyin təmin edilməsi məqsədilə çəpərləmə işlərinə başlanılıb. Layihə çərçivəsində, həmçinin piyada keçidlərinin, avtomobil yolları ilə kəsişmələrdə isə müxtəlif səviyyəli körpülərin inşası planlaşdırılır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki