image-333backend

“Bu görüşlərin daha bir hədəfi özəl sektorun ehtiyyaclarını yaxından öyrənmək və nəzərə almaqdır” -Millət vəkili

image-reklam_sirab_01
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri sahibkarlarla görüşüb. Vətəninfo.az xəbər verir ki, bu barədə millət vəkili Elnur Allahverdiyev saytımıza açıqlamasında bildirib.
“Dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin Azərbaycanda Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının nümayəndələri ilə görüşü keçirildi. Görüşdə bu sektorda çalışan sahibkarları maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi apardıq, onları narahat edən problemləri, irəli sürdükləri təşəbbüs və təklifləri dinlədik.   Şübhəsiz ki, bu görüşün sözügedən sahədə çalışan iş adamlarının qayğıları ilə yaxından tanış olmaq baxımından böyük önəmi var. Ümumiyyətlə, VI çağırış Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin işindəki mühüm özəlliklərdən biri də iqtisadiyyyatın müxtəlif sektorlarının təmsilçiləri ilə keçirilən belə görüşlərdir. Bu görüşlərin daha bir hədəfi qanunvericilik prosesində özəl sektorun ehtiyyaclarını yaxından öyrənmək və nəzərə almaqdır.” -deyə millət vəkili bildirib.
image-4 image-5 image-6
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki