image-taxil-gemibackend

Bu ölkə Ukrayna taxılının satışına qadağa qoydu

image-reklam_sirab_01

Slovakiya tərkibində təhlükəli pestisidlər aşkar edildiyinə görə Ukrayna taxılının emalı və satışına ciddi qadağa tətbiq edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Slovakiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

“Artıq Ukrayna taxılının və ondan alınan unların emalı və bazara çıxarılmasına ciddi qadağa qoyulub. Götürülmüş nümunələr AB-də icazə verilməyən və insan sağlamlığına mənfi təsir göstərən pestisidin mövcudluğunu təsdiqləyib”, – məlumatda bildirilib.

Slovakiya hökuməti ölkədə saxlanılan bütün Ukrayna taxılının yoxlanılmasına başlayıb. Rəsmi Bratislava AB-nin digər üzvlərini də məsələ ilə bağlı xəbərdar edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki